Şeyx İsa Qasimi qoruyan aksiyaçıların izdihamlı kumeyl duası 24 İyun 2016 01:00 Dünya Şeyx İsa Qasimin mənzili qarşısında aksiyaçıların kütləvi Kumeyl duası İslaminSesi Bəhreyn mətbuatına istinadla xəbər verir ki, ötən gün Bəhreyn rejimi tərəfindən vətəndaşlığı ləğv edilmiş şeyx İsa Qasimin mənzili qarşısında aksiyaçıların kütləvi şəkildə Kumeyl duası oxunub. Ali-Xəlifə rejimi öz təhlükəsizlik qüvvələrini əd-Dərraz rayonunun ətrafında toplasa da bu aksiyaçıların dağılması ilə nəticələnməyib, əksinə onların şeyxi müdafiə etməkdə israrını daha da artırıb. Aksiyaçılar şeyx İsa Qasimə toxunulacağı təqdirdə qanın su yerinə axacağını bildirirlər. Xatırladaq ki Bəhreyn insanların vətəndaşlıqdan məhrum edilməsinə görə dünyada birinci yerdədir. Statistikaya görə bu ölkə rejimi son bir ildə 250 insanı vətəndaşlıqdan məhrum edib. Ali-Xəlifə rejimi ölkədə demoqrafik vəziyyəti hakim ailənin xeyrinə dəyişmək üçün fəalları vətəndaşlıqdan məhrum edir və onların yerinə Cənubi-Şərqi Asiya ölkələrindən vətəndaşlıq istəyən şəxslərə Bəhreyn pasportu almaq üçün asan şərait yaradır Teqlər : #Şeyx İsa Qasimi qoruyan aksiyaçıların izdihamlı kumeyl duası, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Myanmarda buddistlər müsəlmanların məscidinə hücum edib Roma papasının Ermənistana səfəri başlayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO