Şeyx Salman: “Mübarizəmə davam edəcəyəm”

Ali Xəlifə rejiminin həbsxanasında saxlanılan  məşhur İslam alimi Şeyx Əli Salman həyat yoldaşı ilə telefonla danışıb.
Maide.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əl-Vəfaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salman yoldaşına Bəhreynin gələcəyi və inkişafı üçün xalqın haqlı tələbləri yerinə yetirilənə qədər mübarizə aparılacağını bildirib.
Salmanın həyat yoldaşı Ulya Razi “Twitter”də yazıb ki, Şeyx Salman onunla telefonda danışarkən səs tonunda ümid və dirəniş hiss olunurdu:
“Bu yolu davam etdirəcəyik. Millətimiz təbii haqqlarını əldə edənə qədər təslim olmayacağıq. Ömrümün bundan sonrakı hissəsini də bu millətin azadlığı, şərəfi və Bəhreyndə demokratiyanın bərqərar olması uğruna həsr edəcəyəm”, - deyə Şeyx Salman həyat yoldaşına deyib.
Məlumat üçün bildirək ki, xəlifə rejimi Şeyx Əli Salmanı xalqı hakimiyyəti devirməyə təhrik etmək iddiası ilə 4 il müddətinə həbs edib. /

Google+ WhatsApp ok.ru