Şeyx Əli Salman: `Bəhreyn azad olunana qədər mübarizəmizi davam etdirəcəyik!`

Şeyx Əli Salman: `Bəhreyn azad olunana qədər mübarizəmizi davam etdirəcəyik!`

Bəhreynin Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salman ölkəsinin demokratiya və azadlığa qovuşana kimi, dinc mübarizələrini davam etdirəcəklərini deyib.

Dekabrın 27-də həbs edilməsinin ikinci ilində bir telefon danışığı reallaşdıran Şeyx Əli Salman, Bəhreyn xalqının mübarizə və müqavimətinin qələbə ilə nəticələnəcəyindən əmin olduğunu bildirib.
 
Şeyx Əli Salman, həmçinin bu günə qədər ölkədə azadlıq, demokratiya, insan haqları və siyasi həll prosesində xalqın tələblərinə dəstək verən bütün insanlara və qruplara da təşəkkür edib.
 
Əl-Vifaq Cəmiyyəti Bəhreynin ən böyük siyasi hərəkatıdır və hərəkatın baş katibi Şeyx Əli Salman iki il əvvəl Ali Xəlifə rejiminə qarşı müxalifətdə olduğu üçün həbs edilmişdir. (deyerler) /

Google+ WhatsApp ok.ru