Çexiyada hücum: 8 ölü

Çexiyanın şərqindəki Uherski Brod şəhərində restorana təşkil olunan hücumda 8 nəfərin həyatını itirdiyi bildirildi.
 
Maide.az xəbər verir ki, Slovakiya sərhədi yaxınlığındakı Uherksi Brod şəhərinin bələdiyyə sədri Patriarx Kuncar, bir nəfər silahlı şəxsin girdiyi restoranda ətrafa atəş açması nəticəsində 8 nəfərin öldüyünü açıqlayıb. Kuncar 60 yaşlı təcavüzkarın da öldüyünü söyləyib.
 
Restoranda hücum zamanı 20 nəfərin olduğu təxmin edilərkən, təcavüzkarın məqsədinə dair hələlik hər hansı bir məlumat verilməyib.
 
Çexiya mətbuatında yer alan xəbərlərə görə, hücum nəticəsində 8 nəfərin həyatını itirdiyini təsdiq edən Daxili İşlər naziri Milan Chovanec, paytaxt Praqanın 300 kilometr cənub-şərqindəki Uherski Brod şəhərinə baş çəkib.

Google+ WhatsApp ok.ru