Ermənilər yenə bir-birini qırırlar 03 Oktyabr 2015 01:00 Qarabağ xəbərləri Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin atəşkəs rejimini pozaraq dövlət sərhədində gərginlik yaratması barədə dezinformasiya xarakterli məlumat yayıblar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Maide.az-a bildirilib ki, əslində, müşahidə zamanı atışmanın qarşı tərəfin hərbi qulluqçuları arasında baş verməsi məlum olub. Oktyabrın 1-də saat 23.00 radələrində ön xətdə yerləşən düşmən mövqelərindən şəxsi heyətin bir-birinə qarşı təhqiramiz qışqırtısı və atıcı silahlardan on dəfəyədək atəş səsi eşidilib. Bundan sonra saat 23.40 radələrində düşmənin həmin mövqeyinə komandanlığın UAZ avtomobilində gəlməsi, səhər saatlarında isə 5 nəfərə qədər hərbi qulluqçunun avtomobilə zorla mindirilməsi və avtomobilin alay mərkəzinə doğru hərəkəti müşahidə edilib. “Bu, ordusunda baş verən neqativ hadisələri öz xalqından gizlətmək məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı növbəti təxribatıdır”, - nazirlikdən bildirilib. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın bu istiqamətdəki bölmələri yüksəkliklərdə yerləşən mövqelərdən əməliyyat şəraitinə tam nəzarət edirlər. Teqlər : #Ermənilər yenə birbirini qırırlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan ordusu erməniləri belə vurub - VİDEO `The Washington Times`: Ermənistanın işğalçı olması şübhə doğurmayan faktdır
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni