Dövlət Bayrağı Meydanından Su İdmanı Sarayınadək olan ərazidə bulvar genişləndirilir

Dövlət Bayrağı Meydanından Su İdmanı Sarayınadək olan ərazidə bulvarın genişləndirilməsi və infrastrukturun yaradılması istiqamətində işlər davam edir. Paytaxtın Səbail rayonunda yerləşən bu ərazidə geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.
 
Bu barədə AzərTAc-a rayon icra hakimiyyətindən məlumat verilib. Nəqliyyatın intensivliyi nəzərə alınaraq Bibiheybət yolunda yeni yeraltı keçid də tikilir.
 
Bildirilib ki, həmin ərazinin elektrik enerjisi ilə tam və dayanıqlı təminatı üçün 35 kilovoltluq 109 saylı yeni yarımstansiya tikilərək şəbəkəyə qoşulub.
 
Su İdmanı Sarayına yaxın ərazidə - Bayıl dairəsində də abadlıq işləri aparılmaqla yanaşı park yaradılıb və yeraltı keçid inşa olunub.

Google+ WhatsApp ok.ru