İŞİD Suriyanın Tedmur şəhərini də işğal etdi

Suriyanın tarixi Tedmur (Palmir) şəhərin İŞİD terrorçularının nəzarətinə keçib.
Maide.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, terrorçular hücumlarından sonra hökumət qüvvələri şəhəri tərk etmək məcburiyyətində qalıblar.
İŞİD şəhərdə nəzarəti ələ keçirdikdən sonra məşhur Tedmur həbsxanasındakı məhbusları da buraxıblar.
Hazırda Suriya ordusuna məxsus hərbi hava qüvvələri terrorçuların olduğu yeri bombalayırlar./

Google+ WhatsApp ok.ru