İŞİD İraqda işğal etdiyi ərazilərin 60 faizini əldən verib

FaktXeber.com-un Londonda nəşr olunan “Şərqul-Əuvsət” qəzetinə istinadən verdiyi məlumata görə, xarici kəşfiyyat və daxili xəyanət nəticəsində İraqın şimalında bir çox əraziləri işğal edən İŞİD terror qruplaşması getdikcə mövqelərini itirməkdədir.
 
Qəzet bugünkü sayında İraq ordusuna istinadlı xəbərində qeyd edir ki: “İraq Silahlı Qüvvələri könüllü dəstələrin köməyindən yararlanaraq İŞİD-i İraqın şimal və şimal qərbində olan ərazilərdən geri çəkiləməyə vadar edib. Artıq terror qruplaşması işğal etdiyi ərazilərin 60 faizini əldən verib. İraq ordusu isə Əl-Ənbar vilayətini təmizləmək üçün geniş əməliyyat planı hazırlayıb.”

Google+ WhatsApp ok.ru