Dünya Palmiradan gələcək xəbəri gözləyir - FOTO

İŞİD terrorçuları Palmiranı işğal etdikdən sonra bütün dünya arxeoloqlarının diqqəti ora yönəlib.
 
Maide.az xəbər verir ki, Suriya ordusu ilə 1 həftəlik atışmadan sonra dünən qədim və antik şəhər olan Palmiranı işğal edən İŞİD terrorçularına dünya arxeoloqları tərəfindən də etiraz başlanıb.
 
Tarixi Mosul şəhərini işğal edərkən qədim mədəniyyət nümunələri məhv edən İŞİD-in Palmirada da eyni hərəkətləri etməsində ehtyat edilir.  Palmira sadəcə Suriyanın deyil, bütün dünya üçün mədəni irs sayılır.
 
YUNESKO-nun rəhbəri İrina Bokova məsələ ilə bağlı bildirib ki, bütün insanlıq tarixi ərzində ən önəmli mədəni irslərdən biri olan Palmiranın işğal altında olması hər kəsi narahat edir.
 
Məlumat üçün bildirək ki, Palmiranın tarixi 2 min il öncəyə qədər dayanır. Bu şəhər həmin dövrdə əsas ticarət mərkəzlərindən biri olub. Karvanların keçdiyi əsas yer olduğu üçün ona “Qumların Venesiyası” adı deyilib. Palmira 1980-ci ildə YUNESKO tərəfindən dünya mədəni irs siyahısına salınıb./
 
 
 
 

Google+ WhatsApp ok.ru