Dünyada Vəhdət həftəsi mərasimləri: Yəmən, Səna- FOTO 30 Oktyabr 2020 10:10 Dünya Əziz Peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə dünyanın hər yerində "Vəhdət həftəsi" adıyla müsəlmanlar müxtəlif bayram tədbirləri vә mərasimlər keçirirlәr. Maide.Az "Abna"- a istinadla xəbər verir ki, Yəmənin paytaxtı Səna şəhərində minlərlə insanın iştirakı ilə mövlud bayramı tədbiri keçirilib. Mərasimdə Yəmən Ənsərullah Təşkilatının lideri Əbdül-Malik Husi də iştirak edib. Vəhdət həftəsində əziz Rəsulallahın (s) mövlud mərasimi üçün küçələr bayraqlalar, şarlar və rəngli işıqlarla bəzədilib. Qeyd edək ki, bu gün Rəbiül-əvvəl ayının 12-dir (Oktyabr ayının 29-u). Bu gündən etibarən “Vəhdət həftəsi” başlanır və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir. Elə bu münasibətlə bütün İslam ümmətini təbrik edirik. İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır. Teqlər : #Dünyada,#Vəhdət,#həftəsi,#mərasimləri:,#Yəmən,#Səna,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Əlinin (ə) hərəminin günbəzi yuyulub - FOTO Seneqal sahillərində baş verən gəmi qəzasında azı 140 miqrant həyatını itirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO