Dünyada məcburi köçkünlərin sayı artır 28 Aprel 2020 13:30 Dünya 2019-cu ildə 33,4 milyon insan öz ölkəsində konflikt və təbii fəlakət nəticəsində məcburi köçkünə çevrilib. Koronavirus pandemiyası isə onların vəziyyətini daha da pisləşdirib. Bu haqda monitorinq qrupları aprelin 28-də hesabat yayıblar. Beləliklə, ötən il evindən didərgin düşənlərin sayı 50,8 milyon nəfərə çatıb. Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzi (MKMM) və Norveç Qaçqın Şurası belə deyir. 26 milyona yaxın insan isə qaçqın kimi sərhədləri keçməli olub. “Məcburi köçkünlər adətən sıx məskunlaşmış düşərgələrdə, fövqəladə sığınacaqlar və qeyri-rəsmi məntəqələrdə yaşayırlar, zəif durumdadırlar, tibbi xidmətə çıxışları yoxdur”, – MKMM direktoru Alexandra Bilak deyib. Ötən il 24,9 milyona yaxın insan təbii fəlakətlər nəticəsində məcburi köçkünə çevrilib. Afrikada daşqınlar isə 2 milyon nəfəri evindən didərgin salıb. 8,5 milyon nəfər Əfqanıstan, Suriya və digər yerlərdə münaqişələr və zorakılıqlar nəticəsində məcburi köçkün həyatı yaşamağa başlayıb. “İldən-ilə münaqişə və zorakılıq milyonlarla insanı evindən çıxmaq məcburiyyəti qarşısında qoyur. Biz kollektiv olaraq dünyanın ən zəif qrupunu qoruya bilmirik”, – Norveç Qaçqın Şurasının Baş katibi Jan Egeland deyib. /azadliq.org / Teqlər : #Dünyada,#məcburi,#köçkünlərin,#sayı,#artır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Özbəkistanda güclü külək bir nəfərin həyatına son qoyub İsveçrədə onlayn Qurani-Kərim oxunur
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO