`Düşünürdülər ki, Bəşər Əsədi devirə biləcəklər` 04 Mart 2016 02:00 Dünya “Dəfələrlə xəbərdarlıq etmişdik ki, Suriyada iş daha da çətinləşmədən gəlin, bu məsələni həll edək. Lakin diqqətə almadılar. Çünki düşünürdülər ki, Suriya hökumətini və Bəşər Əsədi devirə biləcəklər”. Bunu apa-nın İran bürosuna açıqlamasında İran parlamentinin Təhlükəsizlik Komissiyasının sədr müavini İsmail Kövsəri deyib. İ. Kövsəri qeyd edib ki, Suriyada ABŞ və Səudiyyə Ərəbistanının başlatdığı müharibə “Hizbullah” kimi qüvvələrin sayəsində davamlı məğlubiyyətlərlə üzləşib: “Suriya böhranının həlli suriyalı qüvvələrin qarşılıqlı müzakirəsi ilə ola bilər. Suriya xalqı özü bu ölkənin taleyi haqqında qərar qəbul etməlidir. ABŞ və Səudiyyə Ərəbistanı hələ də öncəki mövqelərindən geri çəkilməyiblər və düşünürlər ki, problemi özləri istədikləri kimi həll etməlidirlər. Amma biz deyirik ki, Suriya böhranı xarici qüvvələrin müdaxiləsi və hərbi yolla deyil, bu ölkə vətəndaşlarının iştirakı ilə ölkə daxilində həll olunmalıdır”. / Teqlər : #`Düşünürdülər ki,#Bəşər Əsədi devirə biləcəklər`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran, Türkmənistan və Qazaxıstan vahid tranzit taarifinə keçir Türkiyə polisi `Zaman` qəzetinə hücum etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO