Düşmən açıq iş görə bilmədiyindən dost libasında zərbə vurur...

Ali lider  Ayətullah Seyyid Əli Xamenei bu gün səhər İran Hərbi Hava Qüvvələrinin komandanları və şəxsi heyətini qəbul edib. 
 
Maide.az xəbər verir ki, bu görüş İran Hərbi Hava Qüvvələrinin komandanları və şəxsi heyətinin 1978-ci ildə İslam İnqilabının qurucusu  Ayətullah Xomeyni ilə tarixi beyətlərinin il dönümü günü münasibəti ilə baş tutub. 
 
Görüşdə Ayətullah Xamenei bildirib ki, düşmən təbəssüm edir lakin ehtiyatlı olun və baxın görün onun təbəssümünün arxasında nə dayanır. “Bizim qarşısımızda iqtisad, mədəniyyət və sosial problemlər cəbhəsində düşmənlərimiz var. Düşmənə laqeydlik fəxr ediləsi məsələ deyil, düşmən düşmənçiliklə bacarmadıqda  dost libasında zərbə vurur”. 
 
Ayətullah Xamenei bildirib ki, əgər ölkə iqtisadiyyatını daxildən möhkəmləndirsək problemlər öz həllini tapacaq. “Ölkə iqtisadiyyatını daxildən möhkəmləndirsək işsizlik, durğunluq və inflyasiya kimi əsas problemlər öz həllini tapacaq. Bu böyüklükdə ölkəmiz var, insan xarici meyvə idxal olunanda xəcalət çəkir. Resursları istehsala yönəldin, idxalata deyil.”
 
Ayətullah Xamenei hökumət rəsmilərini seçki təbliğatına və qəzet manşetlərindəki məsələlərə baş qoşmaqdan çəkinməyə səsləyib. “Seçkilər hökumət rəsmilərini davamlı gündəlik məsələlərdən yayındırmasın. Əsas məsələlərdən biri ölkənin iqtisadiyyatının gücləndirilməsidir ki, düşmən iqtisadi məsələlər vasitəsi ilə öz iradəsini ölkəyə tətbiq etməsin.”
 
Fevralın 26-də keçiriləcək Parlament və Ekspertlər seçkilərinə toxunan Ali Lider Ayətullah Xamenei bildirib ki,                
 seçkilər "اِن تنصُروا الله یَنصُرکم"  ayəsinin misdaqıdır. “Əgər İslam Respublikasına yardım etsəniz, Allah da sizə yardım edəcək. İnqilabın ilk günündən indiyədək dünyanın ən varlı gücləri İslam sisteminin qarşısında durdu ama bir iş görə bilmədi.”
 
Ayətullah Xamenei əlavə edib ki, əgər seçkilər ümumxalq seçkisi olarsa , ölkə və İslam Respublikası sistemi izzət tapar və sığortalanar. Belə olduqda xalqın hamısı  seçkilərdə iştirak etməyi vacib əməl kimi özlərinə borc bilərlər. /
 

 

Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.

 

Google+ WhatsApp ok.ru