Xarici güclər qarşısında gücümüzü zamanında və qətiyyətlə göstərməliyik 16 İyul 2018 01:00 Çıxışlar -- Avropa ölkələri ilə nüvə razılaşması məsələsində lazımi zəmanəti Xarici güclər, xüsusi ilə ABŞ qarşısında gücümüzü zamanında və qətiyyətlə göstərməliyik. Maide.Az “leader.ir”ə istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib. Ayətullah Xamenei bildirib ki, Avropa ölkələri ilə nüvə razılaşması məsələsində lazımi zəmanəti almalıyıq. “Ölkə iqtisadiyyatı bu məsələdə müzakirə mövzusu olmamalıdır. Yəni Nüvə razılaşması fonunda iqtisadiyatımızda hər hansı asılılıq yaranmamalıdır.” Ötən gün prezident Həsən Ruhani və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə dünya ölkələri ilə əlaqələrin genişləndirilməsi məsələsinə diqqət çəkən ayətullah Xamenei qeyd edib ki, xüsusi ilə diplomatik sahədə fəaliyyət artırılmalıdır. “ABŞ və bəzi ölkələrdən başqa şərq və qərb dövlətləri ilə, müxtəlif sahələrdə iki tərəfli əlaqələri genişləndirmək lazımdır. Lakin bütün hallarda milli maraqlar ən öndə olmalıdır”. Qeyd edək ki, Ayətullah Xamenei prezident Həsən Ruhaninin Avropa səfəri çərçivəsində göstərdiyi qətiyyəti alqışlayıb və bildirib ki, hökumət və xalq arasında güclü bağlar olmalı, ölkənin daxili və xarici siyasəti xalqa daim ümid verməlidir. Teqlər : #Xarici güclər qarşısında gücümüzü zamanında və qətiyyətlə göstərməliyik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: `ABŞ və müttəfiqləri axmaqdır, başa düşmürlər ki...` Ayətullah Xameneyi: “Həcc təkcə mənəvi məsələ deyil, həm də...”
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO