Demokratlar Senatda İranla razılaşmanın əleyhinə olan qətnaməni növbəti dəfə bloklayıblar

Demokratlar Partiyasının nümayəndələri ABŞ Senatında respublikaçıların İranla nüvə razılaşmasına qarşı olan qətnaməni növbəti dəfə bloklayıblar.
 
Bu barədə  “Associated Press”  məlumat yayıb.
 
Respublikaçılar Partiyasının lideri duskussiyanın davam etdiriləcəyini bildirib.  
 
Qeyd edək ki, bundan əvvəl sentyabrın 10-da da demokratlar Senatda İranla razılaşmanın əleyhinə olan qətnaməni bloklayıblar.
 
Növbəti müzakirə sentyabrın 17-nə təyin edilib.   

Google+ WhatsApp ok.ru