Cəlilabadda yanacaqdaşıyan maşın qəzaya düşüb, 4 nəfər yaralanıb

Cəlilabadda yanacaqdaşıyan maşın qəzaya düşüb, 4 nəfər yaralanıb

Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq
 
Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
 
Hadisə Ələt- Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 
 
Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub. 
 
Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər - Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
 
Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq. (report) /

Google+ WhatsApp ok.ru