Cəbhə bölgəsində zirehli texnikanın təlimlərinə başlanılıb - FOTO 04 Noyabr 2016 02:00 Qarabağ xəbərləri Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.Az-a məlumat verilib. Cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətlərinin artırılması, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, döyüş ruhu və mənəvi-psixoloji durumun yüksəldilməsindən ibarətdir. Gündüz və gecə vaxtlarında döyüş vəziyyətinə maksimal uyğunlaşdırılmış şəraitdə keçirilən təlim məşqlərində bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulan tapşırıqları icra etməklə zirehli texnikalardan praktiki atışları yerinə yetirirlər. Heyət üzvlərində düşmənin döyüş texnikası barədə real təəssüratlar yaratmaq məqsədilə müxtəlif məsafələrdə quraşdırılmış hədəflər sırasında aprel döyüşləri zamanı məhv edilmiş erməni tanklarının korpuslarından da hədəf kimi istifadə olunur. / Teqlər : #Cəbhə bölgəsində zirehli texnikanın təlimlərinə başlanılıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 18 dəfə pozub Ermənilər cəbhə bölgəsində çobanları atəşə tutub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni