Böyük İslam alimləri Qum şəhərində Qasım Süleymani ilə vidalaşdı 06 Yanvar 2020 18:41 Dünya Şəhid general Qasım Süleymaninin cənazəsi Tehranda Ayətullah Xameneinin imaməti ilə qılınan cənazə namazından sonra Qum şəhərinə gətirilib. Maide.az xəbər verir ki, cənazə Xanım Məsumənin (s.ə.) hərəminə aparılıb. Müqəddəs zərih ətrafında dövr etdirildikdən sonra vida yürüşü təşkil olunub. İzdihamlı yürüşlə Şəhidin cənazəsi Cəmkəran məscidinə aparılıb. Əhali küçələrə axışaraq şəhid ilə vida yürüşünə qoşulub. Qeyd edək ki, vida mərasiminə böyük İslam alimləri qatılıb. Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmadai, Ayətullah Gerani, Ayətullah Müqtədai, Ayətullah İbrahim Əmini, Ayətullah Seyfi Mazandarani, Ayətullah Ərafı, Ayətullah Buşehri, Ayətullah Məhəmmədcavad Fazil Lənkərani və digərləri hərəmə gələrək mərasimə qoşulub. Qeyd edək ki, sabah General Qasim Süleymaninin cənazəsi doğulduğu Kirman şəhərində dəfn olunacaq. Teqlər : #Böyük,#İslam,#alimləri,#Qum,#şəhərində,#Qasım,#Süleymani,#ilə,#vidalaşdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tehranda milyonlar Qasım Süleymani və şəhidləri son mənzilə yola saldı - FOTO Şəhid general Qasım Süleymani İstanbul və İğdırda anıldı - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO