BVF: Yunanıstan borcunu ödəmədi

Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın vaxtı 30 iyunda dolan borclarını ödəmədiyini açıqlayıb. Uzun zamandır iflasın kandarında olan ölkə beləliklə 7-ci dəfə öhdəliyini yerinə yetirə bilməyib.
 
Maide.az xəbər verir ki, BVF mətbuat sözçüsü Gerry Rays yazılı açıqlamada təxminən 1,5 milyard avro dəyərindəki geri ödəməsini yerinə yetirməyən Yunanıstanın borcları üçün əlavə müddət tələb etdiyini bildirib.
 
Sözügedən tələbin BVF İdarə Heyəti tərəfindən qiymətləndiriləcəyini qeyd edən Rays, Yunanıstana, ancaq gecikmiş borclarını ödəməsi halında, maliyyələşdirmə əldə olunacağını bildirib.
 
Rəsmi kreditorları ilə razılığa gəlməməsi səbəbindən 7-ci dəfə öhdəliyini yerinə yetirməyən Yunanıstan, BVF-yə borclarını vaxtında ödəməyən ilk inkişaf etmiş ölkə kimi tarixə düşüb.

Google+ WhatsApp ok.ru