Bundestag rəhbəri: İslam Almaniyanın bir parçasıdır 02 Aprel 2018 01:00 Dünya -- Hər kəsin bu reallığı qəbul etməsi lazımdır. “İslam Almaniyanın bir parçasıdır. Hər kəsin bu reallığı qəbul etməsi lazımdır.” Maide.Az "dunyabulteni"nə istinadən xəbər verir ki, bu sözləri Almaniya Federal Məclisinin (Bundestag) sədri Wolfgang Schaeuble deyib. Onun sözlərinə görə, Almaniyada yaşayan müsəlmanlar ölkənin bir parçasıdır və öz adət-ənənələri ilə sərbəst şəkildə yaşamaq hüququna malikdir. “Tarixin axışını saxlaya bilmərik. İslamın artıq ölkəmizin bir hissəsi olduğunu qəbul etməliyik. Burda əhalinin böyük bir hissəsini müsəlmanlar təşkil edir. Müsəlmanlar ölkə konistitusiyasına uyğun olaraq azad şəkildə yaşaya bilər və digərləri bunu qəbul etməlidir.” Qeyd edək ki, Almaniyanın yeni təyin olunmuş daxili işlər naziri Horst Seehofer “İslam Almaniyaya aid deyil” ifadəsini işlətmişdi. Ardınca Konsler Angela Merkel “müsəlmanlar Almaniyaya aid olduğu kimi, dinləri İslam da bizimdir” deyərək H.Seehoferin sözlərinə cavab vermişdir. Teqlər : #Bundestag rəhbəri: İslam Almaniyanın bir parçasıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avstriyada hicab qadağası təklif edilir Rusiya Xəzər donanmasını Dağıstana köçürür
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO