Bu gün düşmən vətəndaş müharibəsinə sərmayə yatırır 28 İyun 2014 01:00 Dünya Ali lider Ayətullah Xamenei İraq hadisələrindən danışdı Maide.az-ın İsna.ir saytına isrtinadən verdiyi məlumata görə, İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei Tehranda şəhid ailələrini qəbul edib. Şəhid ailələrinin qarşısında çıxış edən Ayətullah Xamenei mübarək Ramazan ayının bərəkətini vurğulayaraq qeyd edib ki, bu böyük ayda diqqət və ixlasla, Allaha tərəf yönəlmək lazımdır. Daha sonra O, İraqda baş verən hadisələrə toxunaraq bildirib ki, bu müharibə ABŞ , Qərb və terror tərəfdarları ilə terrorizmə zidd və xalqların suverenliyinin tərəfdarları arasında olan bir müharibədir. Ayətullah Xamenei deyib ki, düşmən bölgədə daxili müharibələr yaratmaq istəyir, şiə və sünni arasında müharibə olacağına ümid edir. “İraqda Səddam rejiminin qalıqları və bəzi qafil, cahil, mənəviyyatdan uzaq insanlar ağır cinayətlər törədirlər. Düşmənlər isə bunu sünni-şiə müharibəsi adlandırırlar. Amma bu arzu olaraq qalacaq”, -deyə Aytəullah Xamenei deyib. Bu mübarizə terrorla mübarizədir. Amerika və Qərbin hədəfləri ilə mübarizədir. Müsəlmanlar düşmənin bu hiylələrindən ayıq olsunlar. Düşmən müsəlmanların istiqlaliyyət və izzətini aradan aparmaq üçün hər yola əl atır. Teqlər : #Bu gün düşmən vətəndaş müharibəsinə sərmayə yatırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Süleyman Dəmirəl 1997-ci il hərbi çevrilişi işi üzrə ifadə verəcək Çinli fəhlələr İŞİD-ə görə qaçdı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO