Buenos-ayres metrosunda Əndəlüs sənəti - FOTO 17 Fevral 2016 02:00 Mədəniyyət Argentinanın paytaxtı Buenos-ayresdəki "Independencia" metro dayanacağında İspaniyadakı Əlhamra Sarayı ilə eyniləşən "Allahdan başqa qalib yoxdur" (La Qalibə İlləllah) şüarının da yer aldığı Əndəlüs irsi hesab edilən İslami motivlərlə bəzədilmiş divar bəzəkləri görənlərin diqqətini çəkir. Maide.az xəbər verir ki, şəhərdəki altı metro xəttində fərqli mövzularda bəzəmələr istifadə edilib. 1935-ci ildə inşa edilən "C" xəttindəki metro stansiyalarının divarlarında İspaniyanın müxtəlif bölgələrindən mənzərələr var. "Independencia" dayanacağındakı bədii əsərlərin memar Martin S.Milad və mühəndis Manuel Escasany tərəfindən düzəldildiyi məlum olsa da, dayanacaqdakı divar bəzəkləri və dekorasiyada əsl səlahiyyətli şəxsin ispan mühəndis Don Rafael Benjumea Buran olduğu bildirilir. İspaniyanın Əndəlüs muxtar bölgəsindəki Seviliya şəhərində anadan olan Burinin, şəhərdə İslami dövrdən qalan estetik irsdən və xüsusilə çini sənətindən təsirləndiyi deyilir. Teqlər : #Buenosayres metrosunda Əndəlüs sənəti FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə yayımı qadağan edilən Peyğəmbər filmi Rusiyada ekranlara çıxır Həzrəti Əbülfəzlil Əbbasın günbəzi daxilində aynəbəd işlərinə başlanıb - Foto
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək