Buddistlərdən qaçan müsəlmanlar meşədə yarpaq yeyərək yaşayır-Video

Myammarda buddistlərin əlindən qaçaraq canlarını qurtaran Arakanlı müsəlmanlar sığındıqları meşəlikdə həyatda qalmaq üçün mübarizə aparırlar.
Maide.az xəbər verir ki, aclıqdan və yorğunluqdan ayaq üstə durmağa taqətləri belə qalmayan Arakan müsəlmanları ölməmək üçün meşədə əllərinə düşən hər şeyi yeməyə başlayıblar.
Onlar hazırda əsasən ağac yarpaqları ilə qidalanırlar.
Məlumat üçün bildirək ki, Myammarda müsəlmanlara buddistlər tərəfindən təzyiqlər edilir. Buddistlər müsəlmanları gördükləri yerdə öldürürlər, müxtəlif işgəncələrə məruz qoyurlar.
Ölkədə yaşayan müsəlmanlar canlarını qurtarmaq üçün qonşu ölkələrə qaçırlar./
 

Google+ WhatsApp ok.ru