Brüssel Ulu Məscidi Səudiyyənin əlindən alındl 17 Mart 2018 02:00 Dünya -- İfratçılığı təbliğ etdiyi üçün Belçikanın paytaxtı Brüsseldəki Ulu Məscidin idarəetməsi Səudiyyə Ərəbistanından alınıb. Maide.Az xəbər verir ki, məscidə nəzarət bundan sonra Belçika İslam Koordinasiya Qurumu tərəfindın həyata keçiriləcək. Xatırladaq ki, məscid 1967-ci ildə enerji müqaviləsi əsasında 99 il müddətinə S.Ərəbistanına verilmişdi. Belçika daxili işlər naziri Jan Jambon bildirib ki, həmin müqavilə ləğv edilib. O, Belçikada İslam təhsilində əcnəbi ölkələrin təsirini azaltmaq istədiklərini deyib: "Bununla biz sələfilik və şiddəti təbliğ edən radikallıqla mübarizə aparırıq". Qeyd edək ki, ötən il məscidin sələfi imamının vizası ləğv edilmişdi. Teqlər : #Brüssel Ulu Məscidi Səudiyyənin əlindən alındl, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri İraqda qətllərdə iştirak edib? - Foto Rusiyada prezident seçkilərində seçicilərin 50 faizindən çoxu səs verib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO