Britaniya fəallarından Səud şahzadəsinin gəlişinə etiraz 26 Yanvar 2018 02:00 Dünya -- `Böyük Britaniya Məhəmməd bin Salman üçün qırmızı xalı sərməməlidir` Böyük Britaniyanın hüququ müdafiə təşkilatları, aktivistlər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin ölkəyə səfərinin ləğv olunmasını tələb ediblər. Maide.Az -ın FaktXeber.com-a istinadla məlumatına görə, «Müharibəni dayandırın», «Silah Ticarətinə qarşı Kampaniya» və «İnsan hüquqları üzrə Ərəb təşkilatı» bu gün baş nazir Tereza Meyə yazıdqları açıq məktubu dərc ediblər. Sənəddə onlar Səudiyyənin vəliəhd şahzadəsini Yəmən müharibəsinə və sözügedən ölkədə humanitar böhranda ittiham ediblər. Kampaniyaya rəhbərlik edənlərdən biri olan aktivist Stiven Bell isə bildirib ki, Böyük Britaniya Məhəmməd bin Salman üçün qırmızı xalı sərməməlidir. «11 milyona yaxın yəmənli uşaqlar ya müharibədən, ya da ölkənin mühasirəsindən doğan vəbadan, aclıqdan və infrastrukturların dağıdılmasından əziyyət çəkir», - deyə o bildirib. «Bütün bunlar o deməkdir ki, müharibənin davam etməsində məsul olan hər hansı bir şəxsin ölkəyə dəvət eləməyin yeri yoxdur», - deyə o, əlavə edib. Xatırladaq ki, 2015-ci ilin mart ayından bəri Yəmənə Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri hərbi təcavüzü nəticəsində ölkə dünyanın ən ağır humanitar böhranı ilə üz-üzə qalıb. Ölkədə 8 milyondan artıq insan aclıqdan əziyyət çəkir, bir milyondan artıq insan isə vəbaya yoluxub. Britaniyanın silah kompaniyaları Səudiyyə Ərəbistanının ən böyük silah təchizatçılarından biridir. Teqlər : #Britaniya fəallarından Səud şahzadəsinin gəlişinə etiraz, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Məhəmməd` Almaniyada 10 ən papulyar addan biri `İnterpol` iraqlı sabiq naziri təhvil verdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO