BMT rəsmisi: Hər 5 suriyalıdan 4-ü yoxsulluq içində yaşayır 12 İyun 2018 01:00 Dünya -- Suriyada 2018-ci ildə 920 min nəfər yurdundan didərgin düşüb Suriyada 13,1 milyon insanın humanitar yardıma ehtiyaci var. Bunu BMT-nin Suriya Humanitar Yardım Koordinatoru Panos Moumtzis, BMT-nin Cenevrə ofisində təşkil etdiyi media toplantısında deyib. Maide.Az "AA"a istinadən xəbər verir ki, P.Moumtzis Suriyada 5,6 milyon nəfərinnin isə təcili köməyə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, hər 5 suriyalıdan 4-ü yoxsulluq içində yaşayır və son 7 ildə orta ömür müddətinin Suriyada 20 il azalıb. P.Moumtzis didərgin düşən Suriyalıların sayında son aylarda böyük bir artımın olduğunu bildirib. "Bu il yanvar ayından aprel ayına qədər Suriyada 920 min nəfər evindən didərgin düşüb və bu rəqəmin Suriyada müharibə başlandığı gündən didərgin düşənlərin sayında ən yüksək rəqəmdir." P.Moumtzis qeyd edib ki, bu sürətlə davam edərsə daha 2,5 milyon nəfərin didərgin düşəcək və Türkiyə sərhədlərinə doğru gedəcək ki, bu bizi narahat edir. P.Moumtzis didərgin düşənlərin Suriyada gedəcək başqa yerləri olmadığını söylədi. O, Suriyada hal-hazırda dünyanın ən böyük təhlükəsizlik probleminin yaşandığını bildirdi. Teqlər : #BMT rəsmisi: Hər 5 suriyalıdan 4ü yoxsulluq içində yaşayır , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Jong-un-un görüşü İsveçdə məscidlərə hücumlar 10 dəfə artıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO