BMT Baş katibi: Arakanlı müsəlmanlara qarşı zorakılıqlar dayandırılmalıdır 11 Noyabr 2017 02:00 Dünya -- `Arakanlı müsəlmanların evlərinə dönməsi üçün lazimi tədbirlər görülməlidir` Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Guterres Myanmada Arakanlı müsəlmanlara qarşı zorakılıqların dayandırılmasının vacib olduğunu vurğulayıb. Maide.Az “AA”-a istinadən xəbər verir ki, BMT baş katibi Asiyaya səfərinin əvvəlində jurnalistlərə verdiyi açıqlamada Arakandakı müsəlmanlara hüquqi statusun verilməsinin lazım olduğunu qeyd edib. A.Guterres həmçinin qeyd edib ki, Arakanlı müsəlmanların evlərinə dönməsi üçün lazimi tədbirlər görülməlidir. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 25 avqustdan indiyədək Myanma hökuməti, ordunun və ifratçı buddistlərin zülmündən qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının sayı 600 mini keçib. Onların böyük əksəriyyəti qadın və uşaqlardır. Qaçqınların çox ağır şərtlər altında həyatla mübarizə apardığı bildirilir. Qaçqın düşərgələrində təmiz su və səhiyyə xidmətləri kimi təcili insan tələbatlarına böyük ehtiyac var. Teqlər : #BMT Baş katibi: Arakanlı müsəlmanlara qarşı zorakılıqlar dayandırılmalıdır , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə anti-korrupsiya araşdırması 100 milyard dollar mənimsəmə aşkarlayıb ABŞ və Rusiya liderləri Suriyaya dair birgə bəyanatla çıxış ediblər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO