BMT axır ki, görə bildi; `Bəhreyndə şiələrə qarşı dini ayrıseçkilik edilir`

BMT-nin xüsusi məruzəçiləri Bəhreyndə şiələrə qarşı davamlı ayrıseçkilik, məhdudiyyətlərin olduğunu və onların ibadət ocaqlarının dağıdıldığına dair məlumatlar əldə etdiklərini bildiriblər. 
 
Maide.az xəbər verir ki,  BMT-nin xüsusi məruzəçiləri bu məlumatları 2011-ci ildən indiyədək  aldıqlarını bildiriblər. Onların sözlərinə görə, Bəhreyndə şiələrə qarşı  ayrıseçkilik  onların dini və mədəni azadlıq hüquqlarının pozulması deməkdir. 
 
Məruzəçilərin məruzəsində Bəhreyn rejiminin şiələrin ibadət ocaqlarını dağıtması,  tarixi kitablarda şiələr haqqında yalan məlumatların dərc edilməsi,  dövlət KİV-lərində  şiələrə qarşı  ayrıseçkilik,  hökumət  orqanlarında onların işə alınmaması,  məskən, təhsil və digər sahələrdə  şiələrə qarşı ayrıseçkiliyin olduğunu bildiriblər. 
 
Artıq  Bəhreyn rejiminə qarşı xalq üsyanı 5 ildən çoxdur ki, davam edir və hakim rejimin inqilabçılara qarşı repressiyası hələ də davam etməkdədir.
 
Bəhreyn əhalisi, ölkədə demokratik dövlətin qurulmasını və bütün siyasi məhbusların azad edilməsini tələb edir. İnsanlar Xəlifə rejiminin rəhbərliyindən siyasi məhbuslara işkəncə verilməsinə son qoymaq və insan hüquqlarının prinsiplərinə əməl etməyə çağırıblar.
 
 Onlar hakim rejimi şiələrə qarşı ayrıseçkiliyə yol verməməyə və ölkənin demoqrafik quruluşunun dəyişdirilməsi siyasətinə son verməyə çağırırlar.
 
Bu illər ərzində Bəhreyn xalqı ölkənin dəfələrlə müxtəlif regionlarında dinc aksiyalar keçirməklə, hakim rejim tərəfindən onlara qarşı ayrı-seçkiliyə son qoymağı tələb ediblər.
 
Bəhreyndə hakim rejimə qarşı kütləvi dinc aksiyaların başlamasından bəri, bu rejim ölkə müxalifətini susdurmaq üçün bir çox addımlar atıb.
 
Müxalifət nümayəndələrinə məxsus evlərin hədəfə alınması, onları həbslə təhdid etmək və bir sıra hallarda cinsi zorakılıq və s. bu kimi vasitələr Ali Xəlifə rejiminin 5 il əvvəldən indiyədək Bəhreyndə xalq hərəkatını boğmaq istiqamətində yürütdüyü siyasətin bir parçasıdır.  /
  
 

Google+ WhatsApp ok.ru