BMT-dən Suriyalı qaçqınlara dəstək çağırışı 21 Sentyabr 2015 01:00 Dünya BMT-nin Humanitar İşlər və Fövqəladə Hallar Koordinatoru Stefan O'Brein beynəlxalq cəmiyyəti Türkiyə və İordaniyanın üzərindəki Suriyalı qaçqın yükünü yüngülləşdirməyə çağırıb İordaniyaya etdiyi səfər çərçivəsində paytaxt Əmmanda mətbuat konfransı keçirən O'Brein "Beynəlxalq birlik Türkiyə və İordaniya ilə əsl tərəfdaşlıq quraraq, köçkünlərin artan sayı səbəbiylə üzərilərində olan böyük yükü yüngülləşdirməyə çalışmalıdır" - deyib. Maide.az xəbər verir ki, O'Brein Türkiyənin Qaziantep vilayətinə son olaraq etdiyi səfərdə Türkiyə hökumətinin qaçqınlara edilən yardımları gördüyünü, İordaniyanın da suriyalı qaçqınlar mövzusunda təqdim etdiyi yardımların qənaətbəxş olduğunu söyləyib. Suriyalıların ehtiyaclarının ödənilməsi üçün toplanan bütün fondların 2015 il tələbatının yalnız 38 faizlik bir qisminə uyğun gəldiyini qeyd edən O'Brein dünya ölkələrini xüsusən İordaniyadakı suriyalılara dəstək olmağa çağırıb. İordaniyada rəsmi rəqəmlərə görə, 1 milyon 400 mindən çox Suriyalı var. Teqlər : #BMTdən Suriyalı qaçqınlara dəstək çağırışı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Atom Agentliyinin rəhbəri “Parçin` hərbi obyektinə baxış keçirib Afrika Birliyi fövqəladə toplanacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO