Biləcəri qəsəbəsi ilə hərəkət edən bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib 20 May 2020 13:36 Dünya Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91, 92 və 202 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 91 nömrəli marşrut xəttinin istiqaməti Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə təşkil edilib. 92 nömrəli marşrut xəttinin istiqaməti Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə təşkil olunub. 202 nömrəli marşrut xəttinin isə son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı) təyin edilib. Teqlər : #Biləcəri,#qəsəbəsi,#ilə,#hərəkət,#edən,#bəzi,#avtobusların,#hərəkət,#istiqaməti,#dəyişdirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İki məscidə hücumlarda azı 13 nəfər öldürülüb İspaniyada uşaqlar üçün də maska məcburi oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO