Beynəlxalq Tribunal Karaciçi soyqırımda günahkar bildi

Haaqada keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Cinayət Tribunalı Bosniya Serb Respublikasının keçmiş prezidenti Radovan Karaciçi ketləvi qırğın və insanlığa qarşı digər cinayətlərdə  günahkar elan edib.
 
Maide.az xəbər veri ki, Haaqadakı beynəlxalq hərbi Tribunal martın 24-də onu 1995-ci ildə Srebrenitsada 8 min müsəlmanın soyqırımında, Serbiya ordusunun Sarayevonu mühasirəyə aldığı zaman 12 min insanı qətlə yetirməkdə, eləcə də BMT sülhməramlılarından canlı sipər kimi istifadə etməkdə günahkar bilib. O, 40 il azadlıqdan məhrum edilib.
 
Keçmiış Serbiya prezidenti Slobadan Miloshevic 2006-cı ildə Haaqa həbsxanasında vəfat etdikdən sonra o, Keçmiş Yuqoslaviya, Bosniya müharibəsinə görə mühakimə edilən ən yüksək səviyyəli keçmiş siyasətçidir.
 
Bu ikinci dünya müharibəsindən sonra ən amansız qırğın hesab olunur./

Google+ WhatsApp ok.ru