Beyləqanda içərisində qiymətli kağızlar olan bina yandı

Beyləqan rayonunda içərisində qiymətli kağızlar olan inzibati binada yanğın baş verib.
 
Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda qeyd olunub.
 
Bildirilib ki, Beyləqan rayonu, Milabad kəndində (rayon mərkəzindən 18 km aralı) ümumi sahəsi 25 kv.m olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
 
Seyf və qiymətli kağızlar yanğından mühafizə olunub. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru