Berlin aeroportlarında tətil: 10-larla reys ləğv edildi 08 Yanvar 2019 10:14 Dünya Berlinin Teqel və Şönefeld hava limanlarında təhlükəsizlik xidməti əməkdaşlarının tətil etməsi səbəbindən onlarla reys ləğv edilib və ya gecikib. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bundan əvvəl Almaniyanın "Verdi" Həmkarlar İttifaqı aeroportların təhlükəsizlik xidməti əməkdaşlarını əməkhaqqının artırılması tələbi ilə tətil etməyə çağırmışdı. Bir çox sərnişinlər əvvəlcədən tətil barədə məlumatlandırılıb. Tətil ən azı 80 reysin icrasına təsir edib. Belə ki, 50 istiqamət üzrə reyslərin göndərilməsində çətinlik yaranıb, 25 uçuş təxirə salınıb. Bununla belə, tətilin nəticə vermədiyi bildirilir. Qeyd edək ki, söhbət uçuşların təhlükəsizliyinə cavabdeh olan 23 min əməkdaşın maaşının artırılmasından gedir. Teqlər : #Berlin,#aeroportlarında,#tətil:,#10larla,#reys,#ləğv,#edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ÜST: Ötən il dünyada 1,3 milyon insan vərəmdən ölüb Hindistanda 200 milyon nəfər etiraz edir: Maaş artırılsın
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO