Benynül-Hərəmeyndə güclü yağış – VİDEO 26 Oktyabr 2018 09:23 Səfər İraqın Nəcəf, Kazimeyn və Samirra şəhərlərinin leysan yağışlara qərq olduğu barədə məlumat vermişdik. İndi isə sizə müqəddəs Kərbəlanın Beynül-Hərəmeyndən görüntüləri təqdim edirik. Videonu FaktXeber.com-un redaksiyasına zəvvarlardan biri göndərib. Kadrlarda zəvvarların yağışı necə sevinclə qarşıladıqları əks olunur. Belə ki, güclü leysana baxmayaraq insanlar dualar oxuyur, namaz qılır, əzadarlıq edirlər. Qeyd edək ki, Beynül-Hərəmeyn - İmam Hüseyn (ə) və Həzrəti Əbülfəzl Abbasın (ə) mübarək məzarları arasındakı xiyabandır və mənası iki hərəmin arası deməkdir. Teqlər : #BenynülHərəmeyndə,#güclü,#yağış,#–,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəla şəhərinin 200 ildən artıq tarixi görüntüsü Ərbəin öncəsi Kərbəla FOTOLARDA