Barselona yenidən müstəqillik istəyir: sabah seçkidir

Kataloniya tarixinin ən önəmli seçkilərinə hazırlaşır. İspaniyanın şərqində yerləşən və tez-tez müstəqillik məsələsi ilə gündəmə gələn Kataloniya sabah ölkə müqəddaratını həll edəcək. Bu arada Barselonada izdihamlı nümayiş keçirilib. 10 minlərlə insan meydanlara toplaşaraq müstəqillik şüarları səsləndirib.
 
Maide.az xəbər verir ki, Kataloniyada regional hökumət seçkisi ərəfəsində Fransanın eks-prezidenti Nikola Sarkozi Kataloniya Xalq Partiyasının toplantısında iştirak edib. Sarkozi seçkinin nəticəsinin İspaniyanın biriliyinə xidmət edəcəyinə inandığını bildirib. Bölünmüş İspaniya Avropanı daha zəif edəcək deyən Fransanın eks-prezident Kataloniyanın müstəqillik əldə etməsinin əleyhinə olduğunu nümayiş etdirib. Ölkənin baş naziri Mariano Rahoy bildirib ki, Kataloniya müstəqillik qazanması vətəndaşların hüquqlarına ciddi zərbə olacaq. Baş nazir İspan xalqını birliyə çağırıb. Barselonda isə seçki öncəsi 70 mindən çox müstəqillik tərəfdarı meydanlara toplaşıb.
 
Katalon xalqının müstəqillik arzuları uzaq keçmişə söykənir. Belə ki, bu xalq illərdir ki, İspaniyadan ayrılıb müstəqil dövlət olmaq üçün mübarizə aparır. Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Paytaxtı Barselonadır. 7 milyon əhalisi olan Kataloniya İspaniya əhalisinin 15 faizini təşkil edir. Katalonlar ilk dəfə 1871-ci ildə İspaniyadan ayrılmağa cəhd edib. Lakin bu istək baş tutmayıb. 1932-ci ildə Kataloniya İspaniyanın tərkibində muxtariyyət statusu qazanır. 2006-cı ildə keçirilən referendumdan sonra isə Kataloniyanın muxtariyyət  statusu bir qədər də artırılıb.

Google+ WhatsApp ok.ru