Baş nazir təzyiqlərə dözmədi, istefa verdi

Baş nazir təzyiqlərə dözmədi, istefa verdi

Belçikanın baş naziri Şarl Mişel Mişel istefa ərizəsini Kral Filippə təqdim edib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onun istefası BMT-nin Qlobal Miqrasiya Paktına dəstək verməsi ilə bağlıdır.
 
Belə ki, o, qərarını açıqladıqdan sonra koalisiya hökumətindəki digər partiyaların etirazına tuş gəlib. Mişel, onun barəsində “güvənsizlik” səsi veriləcəyinin açıqlanmasından sonra istefa verdiyini açıqlayıb.
 
Kral isə ərizəni “gözlətmək” qərarı alıb. Yekun qərarın bir neçə gün ərzində açıqlanacağı bildirilib.

Google+ WhatsApp ok.ru