Bakıda süpürgəçini maşın vurdu, öldü 10 Oktyabr 2019 11:28 Hadisə Bakıda süpürgəçini maşın vurub. Hadisə bu gün səhər saatlarında aeroport yolunda, Olimpiya stadionunun yaxınlığında baş verib. Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı olan süpürgəçi qadın yolu süpürərkən onu maşın vurub. Xəstəxanadan Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verilən məlumata görə, metronun “Koroğlu” stansiyası yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsində xəsarət alan qadın, qəzanı törədən sürücünün avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. /qafqaz.info Teqlər : #Bakıda,#süpürgəçini,#maşın,#vurdu,#öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda 3 otaqlı ev yanıb Şirvan xəstəxanasında qalmaqal: bir qrup şəxs həkimləri döydü