Bakıda məktəblilərin olduğu avtobus qəzaya uğrayıb: Şagirdlər ciddi xəsarət alıb 07 Dekabr 2018 12:22 Hadisə Xəsarət alanların ADLARI və VƏZİYYƏTİ Bakıda məktəblilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub. Maide.Az "Trend"ə istinadla xəbər verir ki, bu gün səhər saatlarında Qobu qəsəbəsində qəzaya uğrayan avtobusda 10 şagird və bir neçə valideyn olub. Onlardan 2004-cü il təvəllüdlü Əsgərov Mehman Cəbrayıl oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Nümunə Əlikram qızı və 1952-ci il təvəllüdlü Əkbərova Zöhrə Niftalı qızı ciddi xəsarət aldığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyəti ilə bağlı xəstəxanadan Trend-ə verilən məlumata görə, hər üç şəxs kəllə-beyin travması ilə daxil olub. Şagirdin (Əsgərov Mehman Cəbrayıl oğlu) vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Xatırladaq ki, dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Binəqədi rayonu, 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb. Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Teqlər : #Bakıda,#məktəblilərin,#olduğu,#avtobus,#qəzaya,#uğrayıb:,#Şagirdlər,#ciddi,#xəsarət,#alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yağışlardan sonra cənub bölgəsində sürüşmə aktivliyi artıb - FOTO Ötən gecə baş vermiş avtobus qəzasının görüntüləri (VİDEO)