Bakıda məktəbdə yanğın, 100 şagird təxliyyə olundu 13 Noyabr 2018 14:05 Hadisə Bakının Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlar, taxtadan ibarət arakəsmələri 132 m² sahədə, dəhliz 168 m² sahədə və binanın dam örtüyü 20 m² (ümumi 320 m²) sahədə yanıb. "Qafqazinfo" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Hadisə zamanı 10 nəfər bina sakini xilas olunub, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Qeyd edək ki, binanın 2 və 3-cü mərtəbələrində məcburi köçkünlər məskunlaşıb, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir. Teqlər : #Bakıda,#məktəbdə,#yanğın,#100,#şagird,#təxliyyə,#olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yevlaxda mikroavtobus qəzaya düşüb, 10-a yaxın yaralı var Daşkəsəndə dəhşətli yanğın: Dördü uşaq olmaqla 5 nəfər ölüb