Bakıda məcburi köçkünün məskunlaşdığı ev yanıb 24 Aprel 2015 01:00 Hadisə Bakıda məcburi köçkünün məskunlaşdığı ev yanıb. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda hazırda fəaliyyət göstərməyən sanatoriyanın ərazisində Ağdam rayon məcburi köçkününün məskunlaşdığı ümumi sahəsi 80 kv.m olan birmərtəbəli ikiotaqlı tikilinin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb./ Teqlər : #Bakıda məcburi köçkünün məskunlaşdığı ev yanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İki gün öncə Bakıda elektrik cərəyanı vuran məktəbli xəstəxanada ölüb Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yanğın baş verib - FOTO