Bakıda liseydə yanğın olub

Bakıda liseydə yanğın olub

Bakıda liseydə yanğın olub.
 
Maide.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli lisey binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir-birinə bitişik oturacaqlar yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub.
 
Lisey binası yanğından mühafizə edilib, yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
Faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru