Bakıda kütləvi dava olub, iki nəfər bıçaqlanıb 01 Mart 2017 02:00 Hadisə Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Biləcəri qəsəbəsində 1989-cu il təvəllüdlü Hüseynov Elnur Yusif oğlu və dostu Röyal Məmmədov küçədə naməlum 3 nəfər tərəfindən döyülüb. Naməlum şəxlərdən biri üzərində gəzdirdiyi bıçaqla E.Hüseynovun bədən nahiyəsinə R.Məmmədovun isə ayağına zərbə vurub. Daha sonra həmin şəxslər hadisə yerini tərk ediblər. Yaralılar küçədəki şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışına başlayıb. Xəsarət alan hər iki şəxsin izahatı alınıb. Teqlər : #Bakıda kütləvi dava olub,#iki nəfər bıçaqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda beton zavodundakı ölümlə bağlı cinayət işi başlanıb Bakıda xəstənin gözünü çıxartdılar - ƏTRAFLI