Bakıda keçmiş polis işçisini güllələdilər 28 Avqust 2015 01:00 Hadisə Nizami rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə rayonun Əzimzadə küçəsi, 20 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu tapançadan atəş açmaqla öldürüb. Daha sonra R.Həsənov «Lexus» markalı avtomobili ilə hadisə yerindən qaçıb. Bu zaman o, maşını Rəşad Məmmədovun idarə etdiyi «Toyota»ya çırpıb. Nəticədə R.Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Həsənov saxlanılıb. Polisdən bildirilib ki, qətlə yetirilən N.İbrahimov keçmiş polis əməkdaşıdır. Cinayət işi başlanıb, istintaq gedir. Teqlər : #Bakıda keçmiş polis işçisini güllələdilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Britaniya vətəndaşı Bakıda intihar edib Bakıda tanınmış holdinqdən 65 min dollar oğurlanıb