Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb

Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb

Bakıda faciəli hadisə baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.
 
Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.
 
Faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru