Bakıda güclü külək 2 ağacı kökündən çıxardı 23 İyul 2019 11:54 Hadisə Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 2 ağac kökündən çıxaraq aşıb. Maide.Az bildirir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. O.Məmmədov əlavə edib ki, güclü külək nəticəsində Bakının müxtəlif ərazilərində 7 ağacın budaqları sınıb. Şöbə rəisi iyulun 22-dən birliyin gücləndirilmiş iş rejimində çalışdığını, hazırda birliyin əməkdaşlarının fəsadların aradan qaldırılması üçün səfərbər olunduğunu söyləyib. Teqlər : #Bakıda,#güclü,#külək,#ağacı,#kökündən,#çıxardı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avtobus qəza törətdi, digər marşrutlar xətdən çıxdı Bu il 69 nəfər dərmandan zəhərlənib