Bakıda fəhlə faciəli şəkildə ölüb 07 Oktyabr 2016 01:00 Hadisə Bakıda tikintidə faciəli hadisə baş verib. Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Ədilov küçəsi 68 ünvanında qeydə alınıb. Həmin ünvanda tikilməkdə olan binada fəhlə işləyən, 47 yaşlı Üzeyir Əmrah oğlu Mirzyev dəzgahın arasında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Bakıda fəhlə faciəli şəkildə ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda eyni ailənin üç uşağı tortdan zəhərlənib Canavarlar Zaqatalanın kəndinə hücum çəkib