Bakıda dəhşətli qəza: məktəbli oğlan öldü

Avtomobil 9 yaşlı uşağı vuraraq 15-20 metr irəli atıb 
 
Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.Suraxanı rayonu ərazisində, Hövsan-Türkan yolunda (ABU Petrolun qarşısı) 1988-ci il təvəllüdlü Fərhadov Nurlan Xeyrulla oğlu idarə etdiyi "Toyota" markalı avtomobillə 8-12 yaşlı oğlanı vurub. Sürətlə hərəkət edən avtomobil piyadanı 15-20 metri irəli atıb. Həmin şəxs hadisə yerindəcə keçinib.
 
İlkin araşdırmalardan sonra avtomobilin vurub öldürdüyü uşağın 2006-cı il təvəllüdlü Ağayev Elman Süleyman oğlu olduğu müəyyən edilib. O, orta məktəb şagirdi imiş.
 
Faktla bağlı Suraxanı RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Google+ WhatsApp ok.ru