Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib 30 Oktyabr 2019 09:32 Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Maide.Az bildirir ki, Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, qəsəbənin İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar. Teqlər : #Bakıda,#bir,#ailənin,#üzvü,#dəm,#qazından,#zəhərlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəmkirdə ağır yol qəzası baş verib, 3 nəfər ölüb Bir ailənin dörd üzvü zəhərləndi