Bakıda ata və 2 oğlu həbs edildilər

Bakıda bir ailənin 3 üzvü həbs edilib.
 
Onlar xuliqanlıqda ittiham olunurlar.
 
Bu ilin avqust ayında Bakı sakini Kamal Hüseynovla tanışı və onun 2 oğlu arasında insident yaşanıb. Nəticədə ata Kazım Hüseynov, oğlanları 29 yaşlı Emin və 24 yaşlı Vüsal davada Kamal Hüseynovu döyüblər.
 
Bir neçə gün öncə isə ata və iki oğlu həmin hadisəyə görə xuliqanlıqda ittiham olunaraq saxlanılıblar.
 
Araşdırma aparılır.

Google+ WhatsApp ok.ru