Bakıda 5 min manatlıq samovar oğurlanıb 15 İyul 2016 01:00 Hadisə Suraxanı rayonunda 5 min manatlıq samovar oğurlanıb. Maide.Az bildirir ki, Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Bakı şəhər sakini İvan Rufanenko tutulub. O, Q.Feyzullayevaya məxsus evdən 5000 manat dəyərində qızıl suyuna çəkilmiş samovar və məişət əşyaları oğurlamaqda şübhəli bilinir. Onun daha 3 evdən elektrik naqili, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib. Teqlər : #Bakıda 5 min manatlıq samovar oğurlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şabranda 300 hektar ərazi yanıb- YENİLƏNİB Ağdamda zəlzələ baş verib